Azərbaycan taekvondoçusu Qran-prinin yarımfinalına yüksəlib


14:05     14 Sentyabr 2019 19_09_14_1568451640.jpg

Azərbaycan taekvondoçusu Radik İsayev Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pridə yarımfinala yüksəlib.

Femida.az -ın məlumatına görə, +80 kq çəkidə dayanqa çıxan Olimpiya çempionu finala vəsiqə uğrunda qarşılaşmada rusiyalı Vladislav Larinlə görüşəcək.

O, bu döyüşədək komanda yoldaşı Ramin Əzizovu, ardınca böyük britaniyalı Lutalo Məhəmmədi və qazaxıstanlı Ruslan Zaparova qalib gəlib.

Qeyd edək ki, sabah başa çatacaq yarışda Azərbaycan yığması 8 idmançı ilə təmsil olunur.

Açar sözlər:

Oxunub: 514