Alimlər pulemyotlar üçün yeni stend yaradıblar
11:23 17 Sentyabr 2019
AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.
AMEA-dan Femida.az-a verilən məlumata görə, birinci mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib.
Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə AR Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib. Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.
Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.
Oxunub: 495
Oxşar xəbərlər
- Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər
- Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar
- Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar
- Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar
- Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər
- Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarlayıblar
- Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər
- Alimlər: Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər
- Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq
- Alimlər COVID-19 ilə mübarizə üçün effektiv maddə əldə edib