Azərbaycan Radiosunda Bədii Şura yaradılıb
16:35 17 Sentyabr 2019
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Şuranın tərkibinə AzTV – nin sədr müavini Rəşad Nəsirov, “Mədəniyyət” kanalı Proqram direktorunun müavini İlham Rəhimli, diktor Eldost Bayramov, “Uşaq verilişləri” redaksiyasının baş redaktoru Ələmdar Quluzadə, “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Əlizanlı, “Səhər” redaksiyasının baş redaktor müavini Qorxmaz Şıxalıyev, “Xəbərlər” redaksiyasının baş redaktor müavini Rövşən Ramazanlı daxildir.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.
Qeyd edk ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)