Məmmədyarov Pol Riçard Qalaqer ilə görüşüb
19:18 17 Sentyabr 2019
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqer ilə görüşüb.
XİN-dən Femida.az -a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər.
Qarşı tərəf Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələrə istinad edərək Vatikanda həyata keçirilən bir sıra tarixi abidələrin bərpası işlərini yüksək qiymətləndirdi. Öz növbəsində nazir Elmar Məmmədyarov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirərək, Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini bildirdi.
Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardılar.
Femida.az
Oxunub: 406
Oxşar xəbərlər
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
- Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov tacikistanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov səudiyyəli həmkarı ilə telefonla danışdı
- Məmmədyarov və Mnatskyan arasında videogörüş keçirilir
- Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
- Məmmədyarov beynəlxalq konfransda Ermənistanı ittiham etdi
- Məmmədyarov və Mnatsakanyan arasında görüş tarixi və yeri açıqlandı