Qadın güləşçilərimiz dünya çempionatına qələbə ilə başladı
10:54 18 Sentyabr 2019
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Femida.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib. 24 yaşlı idmançı (57 kq) təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə qarşılaşıb.
Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi (5:0) ilə başa çatıb. Güləşçinin 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq.
Tatyana Omelçenko da ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib.
Eyni zamanda, Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb.
Femida.az
Oxunub: 455
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Qadın həbs edildi
- Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür
- Qadın MMA döyüşçümüz erməni rəqibini rinqə çıxmağa peşman etdi - VİDEO
- Qadın onu başqa kişilərlə görüşə məcbur edən, körpəsini öldürən şəxsi bağışladı - TƏFƏRRÜAT
- Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı
- Qadın həkimi döyən “müharibə əlili”nə cinayət işi açıldı
- Qadın evdən 10 min oğurladı
- Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb