Şagirdlərin payız tətili başladı


14:11     14 Noyabr 2015 42592948.jpg

Bu gündən orta məktəblər payız tətilinə buraxılıb. 9 günlük müddəti şagirdlər necə dəyərləndirməlidirlər, dərs və istirahət necə tənzimlənməlidir?


Kimi dərs oxuyacaq, kimi istirahətə gedəcək. Bu gündən başlayan 9 günlük payız tətili üçün məktəblilərin fərqli planları var.

Mütəxəssislər isə həmin günlərin əlverişli şəkildə dəyərləndirilməsini məsləhət görür. Yəni şagirdlər həm istirahətdən məhrum olmamalı, həm də dərslərindən uzaqlaşmamalıdırlar.

Bununla yanaşı uşaqları səbrsizliklə gözlədikləri istirahətdən də məhrum etmək olmaz. Təlil məhz onların geridə qalan rüb ərzindəki yorğunluqlarını aradan qaldırmaq üçündür. Xüsusilə tətilin ilk günlərindən uşaqları dərsə məşğul olmağa məcbur etməmək lazımdır.

Abituriyent olan yuxarı sinif şagirdləri xüsusilə də bu il məzun olacaqlar isə tətil haqqında daha az fikirləşə bilərlər.

Açar sözlər:

Oxunub: 1046