Şagirdlərin illik xərci artırılır
16:23 03 İyun 2017
Azərbaycanda tam orta təhsil pilləsi üzrə bir şagirdə düşən illik xərc artırılacaq.
Femida.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Planda 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi üçün metodologiyanın hazırlanması və mövcud hesabatvermənin təkmilləşdirilməsi və təhsil xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərə alınması qeyd olunub.
Femida.az
Oxunub: 822
Oxşar xəbərlər
- Şagirdlərin qarşısında ər arvadını bıçaqladı - Məktəbdə qanlı olay
- Şagirdlərin saçını kəsən direktor müavini işdən çıxarıldı VİDEO
- Şagirdlərin dərsə davamiyyəti azalıb
- Şagirdlərin payız tətili başladı
- Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?
- Şagirdlərin internet klublara girişi qadağan oluna bilərmi?