Azərbaycan Olimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb
17:04 20 Sentyabr 2019
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.
Femida.az xəbər verir ki, buna Bakıda keçirilən dünya çempionatında Zöhra Ağamirova nail olub. O, çoxnövçülük üzrə fərdi yarışda 4 hərəkətin cəmində 78.725 xal toplayıb. Bu da 18 yaşlı idmançının lisenziya əldə etməsi üçün kifayət edib.
Qeyd edək ki, bunadək qadın güləşçi Mariya Stadnik, atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.
XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)