Vətəndaşlara səyyar xidmət
11:46 23 Sentyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlar üçün səyyar xidmət davam edir. Artıq 5 rayonda səyyar xidmət həyata keçirilib.
Femida.az -a daxil olan məlumata görə, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarında məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlara özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatı aparılıb.
Tədbirdə rayon İcra Hakimiyyətlərinin nümayəndələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak edib.
Səyyar xidmət zamanı vətəndaşların sualları cavablandırılıb, onlara özünüməşğulluq layihəsinin əhəmiyyəti, müraciət qaydaları izah edilib. Həmçinin əmək bazarında tələbat olan və peşə hazırlığı kurslarında tədris olunan peşələrlə bağlı məlumat verilib.
Oxunub: 300
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- Bu rayonda təbii qaz kəsiləcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- Azərbaycanda daha bir özəl klinika vətəndaşlara pulsuz xidmət göstərəcək