Bakıda daş karxanası yanıb - İşçi ölüb


12:31     23 Sentyabr 2019 19_09_23_1569227582.jpg


Bakıda daş karxanasında yanğın olub.


Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən "Korgöz" daş karxanasında baş verib.

Yanğın gecə saatlarında Şıxəliyev Eldar İmaməli oğluna məxsus daş karxanasının istirahət otağında başlayıb.

Hadisə nəticəsində otaqda olan karxananın operatoru vəzifəsində işləyən Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 985