Xaçmazda motosiklet ağaca çırpılıb, sürücü ölüb


13:13     23 Sentyabr 2019 motosikler.jpg

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Yalama-Səlimoba kəndinin 4-cü km-də qeydə alınıb. Xudat şəhər sakini, 21 yaşlı Samir Muradovun idarə etdiyi motosiklet yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində S. Muradov dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Femida.az


Açar sözlər:

Oxunub: 652