Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb


21:19     23 Sentyabr 2019 19_09_23_1569255611.jpg

Bakıda 32 yaşlı fəhlə yıxılaraq xəsarət alıb.

APA-nın əldə etdiyi məlumata görə, Bakı Dəmir Yolu Vağzalında təmir işləri aparan “Metaş” MMC-nin işçisi, 1987-ci il təvəllüdlü İsmayıl Əliyev nahar fasiləsi zamanı büdrəyərək yıxılıb. Nəticədə fəhlə topuq nahiyəsindən xəsarət alıb.

İ. Əliyevə ilkin tibbi yardım göstərilib və Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun vəziyyəti normal olaraq qiymətləndirilir.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova APA-ya açıqlamasında hadisədən təəssüfləndiyini bildirib: “Biz xəsarətlə nəticələnən hadisədən çox təəssüflənirik. Həmin şəxs podratçı şirkətdə çalışır. Biz də öz növbəmizdə ona şəfa diləyirik”.

Açar sözlər:

Oxunub: 550