Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb


21:31     23 Sentyabr 2019 19_09_23_1569256301.jpg

Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzi yaradılıb.
Femida.az -ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Açar sözlər:

Oxunub: 492