Bakıda gəlinini baltalayan qayınata haqda ŞOK DETAL- Zorlamaya görə məhkum olunub


18:14     24 Sentyabr 2019 19_09_24_1569329772.jpg

Ötən gün Bakıda gəlinini vəhşicəsinə öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov barədə yeni təfərrüatlar məlum olub.


Femida.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, gəlini Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayan şəxs əvvəllər zorlamaya görə məhkumluq həyatı yaşayıb.

Belə ki, Firdovsi Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsilə məhkum olunub.

Hadisə ilə bağlı qətlə yetirilən Cəmilə Fərhad qızı Məhərrəmovanı dayısı qızı M.Hüseynova BAKU.WS-ə bildirib ki, həmin şəxs vaxtilə təcavüzə görə tutulubmuş.

"O, təzəliklə həbsxanadan çıxıb", - deyə M.Hüseynova bildirib.

Hadisəyə gəlincə, qadın bildirib ki, qaynata gəlinini azyaşlı uşaqların gözü qarşısında öldürüb:

"Torpaq üstündə mübahisələri olub. Əvvəllər bu mövzuda məhkəmələri də olub. Torpaqları da bölünüb, tərəflər narazı qalıblar.

Evdə heç kim olmayanda uşaqların gözü qarşısında vurub. Qadının arxa tərəfdən başına 12 balta zərbəsi vurub.

Qayınata evdə heç kim olmayanda uşaqlara dondurma alıb, sonra qapını bağlayıb, uşaqları evdə qoyub. Gəlinin dalınca gedib, başından vurub. Evdə olan 1, 3 və 6 yaşlı uşaqlar pəncərədən baxıblar".

Açar sözlər:

Oxunub: 1315