Nazir 3 polisi nöqsana görə işdən çıxardı - Biri rəisdir


10:56     25 Sentyabr 2019 19_09_25_1569394616.jpg

Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub.



Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrləri ilə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili işlərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

Açar sözlər:

Oxunub: 522