Uşaqlara siqaret satan şəxs cərimələnib
18:19 25 Sentyabr 2019
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının şəhər ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.
Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilə bilər
- Uşaqlara ot yedirdən şəxslərlə bağlı dövlət qurumlarına müraciət olundu
- Uşaqlara siqaret satanlar cərimələnib
- Uşaqlara qarşı cinsi zorakılığa görə cəzalar ağırlaşdırılır - ARAŞDIRMA
- Uşaqlara zorakılıq edən bağça müdirinə bəraət verildi
- Uşaqlara siqaret və spirtli içki satanlar cərimələndilər
- Uşaqlara siqaret satanlara qarşı reyd keçirildi
- Uşaqlara dini adların qoyulması halları azalıb
- Uşaqlara qarşı cinayətlərin sayı şişirdilir - DİN rəsmisi
- Uşaqlara görə 220 valideyn tənbeh edilib