Bakıda meymunun dişlədiyi əcnəbi ambulator müalicə alır


12:03     26 Sentyabr 2019 19_09_26_1569485048.jpg

Səhiyyə Nazirliyi Bakıda əcnəbi vətəndaşı meymun dişləməsi faktı ilə bağlı məlumat yayıb.



Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, dünən saat 21:11-də 58 yaşlı Böyük Britaniya vətəndaşı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.

Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar.

Əcnəbi vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. Yaralı onu meymunun dişlədiyini bildirib.


Açar sözlər:

Oxunub: 527