Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı


11:12     27 Sentyabr 2019 19_09_27_1569568398.jpg

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki görüşü oktyabrda baş tutacaq.


Femida.az xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani və Elmar Məmmədyarov arasında Nyu-Yorkda baş tutan görüşdən sonra məlumat yayıb.


Xatırladaq ki, nazirlər arasında ilk üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib. Son görüş isə oktyabrın 29-da İstanbulda baş tutub.

Bu görüş nazirlər arasında keçiriləcək səkkizinci üçtərəfli görüş olacaq.

Açar sözlər:

Oxunub: 408