Azərbaycanlı biznesmeni fotoları ilə şantaj edib - 1 milyon dollar istədilər


14:48     27 Sentyabr 2019 19_09_27_1569581390.jpg

Türkiyədə azərbaycanlı iş adamını əllərindəki görüntülərlə şantaj edərək 1 milyon dollar tələb edən ər-arvad saxlanılıb.


Türkiyənin bir çox yerlərində bölmələri olan turizm şirkətinin sahibi , N.N. adlı azərbaycanlı iş adamı sentyabrın 23-də şantaj olunması ilə bağlı İstanbul polisinə müraciət edib. O, bildirib ki, 5 ildir yanında çalışan Özgür K və həyat yoldaşı Esin K. tərəfindən şantaj edilir. İş adamının sözlərinə görə, şirkətinin Türkiyədəki işlərini görən bu şəxslər əllərindəki görüntüləri vermək qarşılığında ondan 1 milyon dollar pul tələb ediblər.

İş adamının sözlərinə görə, əgər tələb olunan miqdarda pulu verməsə, şantajçılar həmin görüntülərlə bərabər əvvəlcədən hazırladıqları xəbərin mətnini Azərbaycandakı mətbuat orqanlarına göndərəcəklərini deyiblər.

Polis əməkdaşları müraciətlə əlaqədar fəaliyyətə keçib, cütlüyün Gürcüstana qaçmaq niyyətində olduğu öyrənilib. Məlum olub ki, şantajçılar hələ tələb etdikləri pulu almadıqlarına görə, Ərzurumdakı otellərdən birində qalırlar. Polis Özgür K. və arvadı Esin K.-nı sentyabrın 24-də həmin oteldə keçirilən əməliyyat nətiəsində saxlayıb. Hər iki şübhəli polis şöbəsinə aparılıb.

Özgür K. ifadəsində iş adamının ona borclu olduğunu iddia edib: “N. N.-in mənə 1 milyon dollar borcu var idi. Ona görə belə bir iş gördüm”, - deyə bildirib.

O da məlum olub ki, saxlanılan şəxslər iş adamını yemək yeyərkən əlində bir qədəh şərabla çəkilmiş fotoşəkillə şantaj ediblər. Bu görüntü Azərbaycan mətbuatına sızarsa, xoş qarşılanmayacağını, iş adamının etibarına xələl gətirəcəyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır. / virtualaz.org

Femida.az

Açar sözlər:

Oxunub: 522