Əsgərlərin andiçmə mərasimi keçirilib


19:48     15 Noyabr 2015 Eadacbbfee9d.jpg

Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) gənc əsgərlərinin təntənəli hərbi andiçmə mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mərasimdə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov iştirak edib.


Qoşunların Veteranlar Şurasının üzvlərinin və əsgərlərin valideynlərinin də qatıldıqları mərasimdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirilib.

Sonra gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Daxili Qoşunların komandanı Ş.Məmmədov hərbi andı qəbul edən gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.

Hərbi andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.

Mərasimdən sonra general-leytenant Ş.Məmmədov Dövlət Bayrağı Meydanında əsgərlərin valideynləri ilə görüşərək onların istək və təkliflərini dinləyib.

Açar sözlər:

Oxunub: 898