Əsgərlərin yeməyin oğurlayanlara cinayət işi açıldı


13:58     11 İyun 2016 ermeni%20esger0.jpg

Ermənistanda iki aşpaz ərzaq oğurluğunda təqsirləndirirlir.


Femida.az-ın "news.am"-a istinadən verdiyi xəbərə görə, Ermənistan Məhkəmə Departamentinin məlumatında bildirilir ki, N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsana Adamyan xeyli miqdarda ərzaq məhsulunu mənimsəyiblər.

Aşpazlar 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 yumurta oğurlamaqda təqsirli bilinirlər.

Onların barəsində cinayət işi başlanıb, başqa yerə getməmək qərarı verilib.

Açar sözlər:

Oxunub: 2439