Vəkillər Kollegiyasından sərt ittiham


13:55     07 Aprel 2015 Vekiller_kollegiyasi_081212.jpg

“Vəkil olmaq istəyənlərin imtahandan keçə bilməməsi bu sahəyə marağı olanların savadı ilə bağlıdır. Buradan yalnız bir nəticəyə gəlmək mümkündür, nəzəri tədris zamanı hüquqşünaslar yüksək savad ala bilmirlər”.

     
Bunu Femida.az-a açıqlmasında Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov deyib.  

O bildirib ki, yazılı imtahanda iştirak edən 706 nəfərdən 213-ü uğurla həmin mərhələni adlaya bildi. Şifahı imtahandan isə yalnız 154 nəfər keçərək, Kollegiyanın üzvü ola bilib.  

F. Nəcəfov bu mənada hüquq fakültələrində təhsilin səviyyəsini kafi qiymətləndirdiyini də diqqətə çatdırıb. 

Sədr müavini ölkədə vəkillərin sayının azlığı ilə bağlı deyilənlərə də münasibət bildirib: “Kollegiya da bu istiqamətdə öz işini görür. Artıq vəkillərin sayında artım da var. Hazırda Kollegiya üzvü kimi vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasların sayı 834 nəfərdir. Digər tərəfdən vəkilliyə qəbul imtahan yolu ilədir. Burada Kollegiyanın üzərinə hər hansı məəsuliyyət düşmür. Həmçinin, bizdən asılı olan və olmayan səbəbdən vəkillik fəaliyyətindən kənarlaşanlar da var”. 

F. Nəcəfov Kollegiyanın üzvlüyündən çıxarılanların sayının isə çox olmadığını deyib. 

Femida.az 
 

Açar sözlər:

Oxunub: 2344