Nazirdən daha bir rəis təyinatı


09:52     01 Oktyabr 2019 19_10_01_1569909177.jpg


Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.


Femida.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovnik leytenantı Azay Ağayev təyinat alıb.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Daşkəsən Rayon Polis Şöbəsinin keçmiş rəisi Vəfadar Orucov isə bir neçə gün əvvəl Zaqatala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Femida.az

Açar sözlər: #nazir   #polis   #rəis  

Oxunub: 450