Azərbaycan məhsulları Kölndə nümayiş olunacaq


09:38     03 Oktyabr 2019 2019/10/945d9587d70430e_1570081186.jpg

Oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində "Anuga 2019" beynəlxalq ərzaq sərgisi keçiriləcək.

Femida.az-ın Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq.

Qeyd edək ki, "Anuga 2019" dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 325