Bərdədə dəhşətli qəza: ölənlər var


09:43     03 Oktyabr 2019 qeza_yeni.jpg

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü, 1979-cu il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Məmmədov Emin Saday oğlu hadisə yerində, sərnişin, 1990-cı il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Kərimov Elgün Şirin oğlu isə xəstəxanada dünyasını dəyişib.

Digər yaralı, 1994-cü il təvəllüdlü Ağcabədi rayon Boyat kənd sakini Aslanov Şamxal Rövşən oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 356