Bakıya "zəhər" gətirmək istədilər - Bərdədə gecə əməliyyatı
13:30 03 Oktyabr 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əmədaşları ilə birgə oktyabrın 2-i gecə 23.00 radələrində Bərdə rayonu ərazisində əməliyyat keçirib.
AQTA-dan Femida.az-a bildirilib ki, əməliyyat zamanı Tərtər rayonu Mamırlı kənd sakini Əhmədov Asəf Rəşid oğluna məxsus “Mercedes-Benz” markalı 59- BH- 389 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerindən bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, bakterioloji çirklənməyə məruz qaldığı müəyyən edilib.
İstifadəyə yararsız əti paytaxta gətirən şəxs onu tanışı Bərdə rayon sakini Arzuman adlı şəxsin istəyi ilə Bakı şəhərinə apardığını bildirib.
Ümumi çəkisi 180 kiloqram olan heyvan cəmdəyindən nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
- Bakıya gediş-gəliş nə vaxt açılacaq? - RƏSMİ CAVAB
- Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Bakıya yeni liftlər gətirilib
- Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
- Bakıya 4 yeni metro qatarı gətirildi
- Bakıya 115 kiçiktutumlu avtobus gətiriləcək
- Bakıya girişlə bağlı DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
- Bakıya yeni 18 metrlik avtobuslar gətirildi