Qazaxda 28 yaşlı qadın oğurlanıb, saxlanılan var


15:10     03 Oktyabr 2019 2019/10/65d6e269-0985-47ee-a06e-47e2fe970054_1570101082.jpg

Qazaxda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.


Rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə oğurlayıb.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 417