Qəbələdə maşınlar toqquşdu - Ölən var


19:57     05 Oktyabr 2019 klinika.jpg

Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 554