Niderland Hollandiya adından imtina edib


11:10     06 Oktyabr 2019 19_10_06_1570344977.jpg

Niderland hökuməti Hollandiya adından imtina etmək barədə qərar verib.

Femida.az -ın “Adformatie” portalına istinadən verdiyi məlumata görə, hökumət ölkənin obrazını yeniləmək üçün belə bir qərara gəlib.

Hökumət hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən "Avrovision-2020" Mahnı Müsabiqəsində təbliğ olunacaq. Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Rebrendinq Niderlandı 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq.

Açar sözlər:

Oxunub: 494