Qaxda 5 fəhlə partlayışda yaralandı, 1-nin vəziyyəti ağırdır


11:53     08 Oktyabr 2019 fehle.jpg

Qaxda pivə zavodu yaxınlığında partlayış baş verib.


Femida.az-ın məlumatına görə, partlayış Qax Kommunal Müəssisəsinin fəhlələri torpaq qazarkən baş verib. Hadisədə 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Xəstəxanaya çatıdırlıblar.

Onlar 1993-cü il təvəllüdlü Zeynalaşvili Cemali Rato oğlu, 1955-ci il təvəllüdlü Zeynalaşvilli Rato Sard oğlu, 2004-cü il təvəllüdlü Sataşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Sataşvilli Nizavi Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğludur.

Xəstəxanadan verilən məlumata görə, Sataşvilli Nizavi Zaza oğlunun vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 539