Azərbaycana yarım ton narkotiki gətirməkdə təqsirləndirilən şəxsə bəraət verilib - FOTO
16:36 10 Oktyabr 2019

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasova hökm oxunub.
Femida.az-ın xəbərinə görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. O bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsrulla Abbasovun əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama əsasən, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi narkotik vasitəni Polşaya göndərməli imiş. İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.
Femida.az
Oxunub: 370
Oxşar xəbərlər
- Azərbaycana yeni mədəniyyət naziri təyin edildi - SƏRƏNCAM
- Azərbaycana gətiriləcək koronavirus vaksinlərindən vergi tutulmayacaq
- Azərbaycana gələn turistlərin sayı 4 dəfəyə yaxın azalıb
- Azərbaycana qarşı növbəti təxribat - FOTO
- Azərbaycana qarşı ekoloji terror barədə dəyirmi masa keçirilib
- Azərbaycana qarşı döyüşən baş rahibin oğlu məhv edildi
- Azərbaycana suriyalı döyüşçülər gətirilməyib - MN-dən TƏKZİB
- Azərbaycana dərman keçirmək istəyi baş tutmadı
- Azərbaycana 41 təcili tibbi yardım avtomobili gətirilib
- Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib