Bakıda daha bir yol bağlanacaq - Təmir başlanır


20:25     11 Oktyabr 2019 1425036076_1424869951_yol-temirgh1.jpg

Bakıda daha bir küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 364