Bakıda qadını hədələyib pul tələb edən şəxs saxlanıldı


16:05     12 Oktyabr 2019 2019/10/03480b1c-43d8-4b78-9ae6-878c605686eb_1570871137.jpg


Bakı şəhər sakini olan qadını hədələyib 1000 manat pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadını hədələyib 1000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini E.Quliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 330