Andiçmə keçirildi: Azərbaycanda vəkillərin sayı 1635 nəfərə çatdı (FOTOLAR)


13:29     12 Oktyabr 2019 2019/10/19_10_12_1570872590_1570873464.jpg


Oktyabrın 10-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan vəkilliyinin yubiley tədbirləri barədə məlumat verib, bu tədbirlər çərçivəsində baş tutmuş konfrans, mədəni proqram, o cümlədən, keçirilmiş 1-ci Cənubi Qafqaz Vəkillərin Beynəlxalq Futbol Turnirinin yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə səfərdə olan xarici, eləcə də tədbirlərdə iştirak edən yerli qonaqların öz məmnunluqlarını dilə gətirdiklərini qeyd edib.



Kollegiya sədri bildirib ki, hazırda vəkilliyə qəbul üzrə ixtisas imtahanları davam edir, sənəd verən hüquqşünasların sayı günü-gündən artmaqdadır, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə ölkədə vəkillərin sayı 1635 nəfərə çatacaq.

Bundan əlavə tədbirdə qeyd olunub ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan vəkilliyinin 100 illiyi"nə həsr olunmuş "Yubiley döş nişanı" təsis olunub, Azərbaycan vəkilliyinin inkişafına və nüfuzunun artırılmasına verdikləri töhfələrə görə bir sıra şəxslərin döş nişanı ilə təltif edilməsi nəzərdə tutulub.



Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillər Kollegiyasının bir sıra üzvləri, o cümlədən, Vəkillər Kollegiyasının üzvü olmayan, lakin vəkilliyin inkişafında müstəsna rol oynayan şəxslər döş nişanları ilə təltif olunublar.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vəkilliyə namizədlər Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.





Femida.az

Açar sözlər: #Vəkil   #andiçmə   #kollegiya  

Oxunub: 4866