Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər


14:29     31 Yanvar 2022 22_01_31_1643621387.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.

Femida.az xəbər verir ki, hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər - İlhamə Həsənova ilə Rəşad Əliyev çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.

Onlar İ.İsmayılovun barəsində bərat hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 2914