Bankdan kredit alan vətəndaşı qarət etdilər


20:30     17 Noyabr 2015 nadzvichayn-podyi_na-ulice-v-simferopole-ugolovnik-otobral-u-zhenschiny-sumku-i-udaril-nozhom-prohozhego_201.jpeg

Bankdan kredit alan vətəndaşı qarət edən Ağcabədi sakini 4 il 6 ay cəza alıb.


Femida.az xəbər verir ki, ötən il fevralın 12-si saat 24 radələrində Təbriz Həsənov açıq talamaq məqsədilə Namid Kəlbiyev, Natiq Əsgərov və Məftun Abbasovla qabaqcadan əlbir olub bir qrup şəxs halında, Sabunçu bazarının yaxınlığında Lənkəran rayon sakini Asif İbrahimzadəyə xəsarətlər yetirərək, sonuncunun əynindəki gödəkcəsinin çibindən 4000 manat nağd pulu və hər birinin qiyməti 1 manat olan 8 ədəd lotereyaları talayaraq hadisə yerindən qaçıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini T.Həsənovun CM-in 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.4 (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) və 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 973