Bakıda oteldə dəhşətli qətl: 200 manat verdiyi qızın başın kəsdi (VİDEO)
13:10 15 Oktyabr 2019
Polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib
ARB TV-də yayımlanan "Kriminal" verilişində 21 yaşlı Aysel Orucovanın qətli ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Femida.az xəbər verir ki, onu qətlə yetirən Nəriman Əliyev qadından ikinci dəfə intim əlaqədə olmağı istəyib. Lakin Aysel imtina edib. Nəriman 200 manat müqabilində otelə gətirdiyi Ayseli əvvəlcə qucaqlayaraq razılığa gətirməyə çalışıb. O isə işlədiyi gecə klubuna qayıtmaqda israr edib. Bundan hiddətlənən və narkotik maddənin təsiri altında olan 35 yaşlı kişi onu qətlə yetriməyi qərara alıb. Qətldən sonra Nəriman Əliyev evinə gedib. Səhər polislərin onu axtardığını eşidəndə biləyini kəsərək intihara cəhd edib.
Hakim qarşısına çıxarılan Nəriman Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.
Bir uşaq anası olan Aysel Orucova doğulduğu kənddə dəfn olunub.
Oxunub: 7453
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açılıb
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə qardaş bacısını qətlə yetirib