Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


09:20     17 Sentyabr 2022 22_09_17_1663402842.jpg

Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə məhkəmə başlayır.

Femida.az xəbər verir ki, onun cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.

Proses Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda Tərtər rayonunda baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü A. Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü bacısı Leyla Mustafayevanı bıçaqla qətlə yetirib.

A. Mustafayev qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 3463