Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb


20:21     15 Oktyabr 2019 19_10_15_1571156525.jpg

Oktyabrın 14-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

Femida.az -ın məlumatına görə, görüşdə dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın ən müxtəlif sahələr üzrə inkişaf etdiyi və əməkdaşlığın genişləndiyi qeyd edilib.

Söhbət zamanı beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığı, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanlarının əməkdaşlığının önəmi vurğulanıb.

Açar sözlər:

Oxunub: 183