Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
11:40 16 Oktyabr 2019
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabr ayının 15-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Oxunub: 1541
Oxşar xəbərlər
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Cinayət Məcəlləsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi təklif olunub
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb
- Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb
- Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- Cinayət törədən 39 nəfər saxlanılıb