Könüllü təslim olan erməni əsgəri geri qaytarılıb


18:26     18 Noyabr 2015 ermeni_esger_danisdi.jpg


Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.


Bu barədə Femida.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, humanitar proses zamanı əvvəlcədən əldə edilən razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar olunub. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Açar sözlər:

Oxunub: 1183