Azərbaycan 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib


09:53     20 Oktyabr 2019 kend%20teserrufati.jpg

2019-cu ilin 9 ayı ərzində Azərbaycandan 501,5 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 16.3 faiz artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 615