Ağac kəsərkən öldü


16:20     20 Oktyabr 2019 agac%20altinda.jpg

Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb.


Hadisə bu gün səhər saatlarında rayonun Xal-Xal kəndinin meşəlik ərazisində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev ağac kəsərkən hələ ki bilinməyən səbəbdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 598