Vəkillər üçün inzibati hüquqa dair təlim keçirilib
12:07 21 Oktyabr 2019
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilir.
Femida.az xəbər verir ki, tədbirlərin davamı olaraq, vəkillər üçün 18-20 oktyabr tarixlərdə Dəvəçi rayonunda “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda mövzusunda seminar keçirilib, seminarda Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak edib.
Seminarlarda ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun mühazirələri dinlənilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Gələcəkdə Vəkillər Kollegiyası üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 2485
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər