Nazirin qəbul vaxtı dəyişdirildi


19:02     24 Oktyabr 2019 vilayet41.jpg

Azərbaycan Respublikasının Daxili İşlər naziri tərəfindən Gəncə şəhərində keçirilməsi nəzərdə tutulmuş vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Daxili İşlər Naziriliyindən (DİN) Femida.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 500