Bakıda 32 yaşlı kişi su quyusunda boğulub


15:17     25 Oktyabr 2019 19_10_25_1572002287.jpg

Xəzər rayonunda bir nəfər su quyusunda boğulub.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 7342