Zakir Həsənov NATO Baş Katibinin müavini ilə görüşüb
20:22 25 Oktyabr 2019
Brüsselə səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Baş Katibinin müavini Mirça Coane ilə görüşüb.
Müdafi Nazirliyindən Femida.az-a verilən məlumata görə, tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar. M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə öz minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.
Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb