1 milyona yaxın adam etiraz aksiyalarına qoşuldu - VİDEO


11:38     26 Oktyabr 2019 19_10_26_1572075063.jpg

Çilidə ötən həftə metroda gedişhaqqının artırılmasından sonra başlayan etiraz dalğası 7-cü günündə heç kimin təxmin etmədiyi kütlələri meydanlara çıxarıb.


Femida.az xarici KİV-ə istinadla xəbər verir ki, paytaxt Santyaqoda İtaliya meydanını dolduran 800 minə yaxın insan Sebastian Pineranın idarə etdiyi hökumətə, ölkədəki bahalılığa və səhiyyə xidmətlərinə qarşı şüarlar səsləndiriblər. Etirazçıların sayının yaxın zamanda 1 milyonu keçəcəyi ehtimal edilir.

İndiyə kimi aksiyalar zamanı 19 nəfər həyatını itirib, 500-dən çox insan yaralanıb. 2 min 600-dən çox etirazçı isə polis tərəfindən saxlanılıb.
Auqusto Pinoçetin 1990-cı ildə hakimiyyətdən salınmasından sonar ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilib və təhlükəsizliyə ordu nəzarət edir(təbii fəlakətlər buraya daxil deyil).


Açar sözlər:

Oxunub: 3298