Bərdədə şərikinin 9 min manata qədər pulunu mənimsəyən şəxs ifşa olunub


14:21     26 Oktyabr 2019 19_10_26_1572080939.jpg

Bərdə sakini şərikinin pulunu oğurlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Qarayusifli kənd sakini Z.Əzizli oktyabrın 25-də saat 05.00 radələrində Alpoud kəndi ərazisində yerləşən bazarda 2 nəfərin onun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək 8745 manat pulunu almasını bildirib.


Z.Əzizliyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Z.Əzizlinin üzərindəki pulun şəriki olan qohumu T.Qurbanova məxsus olması, həmin məbləğdən 5150 manat pulu yaşadığı evdə gizlətməsi, bir qismini isə borcu ilə əlaqədar şəxsi istifadəsinə xərcləməsini, sonradan bu cinayət əməlini ört-basdır etmək üçün evdən götürdüyü bıçaqla özünə xəsarət yetirib quldurluq barədə yalan məlumat verməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Z.Əzizlinin yaşadığı evdən 5150 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 501