Təhlükəli xəstəliklərə yol açan məhsullar açıqlandı


16:53     27 Oktyabr 2019 19_10_27_1572178431.jpg


İspaniyalı diyetoloqlar təhlükəli xəstəliklərin inkişafına daha çox təsir göstərən qida məhsullarını açıqlayıb.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "La Vanguardia" yazıb.

Siyahıya cəmi beş məhsul daxil edilib: toyuq, yumurta, balıq, dəniz məhsulları və göyərti.

Mütəxəssislər toyuğu istifadədən əvvəl yaxşıca termik emal etməyi məsləhət görür. Bundan əlavə, ətin buzunu otaq temperaturunda açmamağı tövsiyə edir. Əks halda, bu, salmonella və stafilokok bakteriyalarının asanlıqla çoxalmasına gətirib çıxarır.

Diyetoloqların sözlərinə görə, balıq 72 saatdan az olmayaraq buz dolabında qalmalıdır, soğan, kahı və digər göyərtilər isə istifadədən əvvəl suda isladılmalıdır. Yumurtaları isə yumaq lazım deyil. Yumurtanın qabığındakı məsamələrindən onun içinə suda olan bakteriyalar düşə bilər.

Ekspertlər, həmçinin, piştaxtalarda olan dəniz məhsullarının hansı şəraitdə saxlanılması haqda məlumat almağı məsləhət görür.

Femida.az

Açar sözlər:

Oxunub: 477